Sabaha olan hava proqnozu

Şimal küləyi əsəcək.

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

mənbə:Ekologiya və Təbii Sərvətlər Nazirliyi
20-09-2014, 20:26


Şərhlər :