Azərbaycan Ramazan bayramını qeyd edir

Azərbaycanda bu gün və sabah Ramazan bayramıdır.

WebPark.az-in məlumatına görə, bu gün saat 09:00-da bayram namazı qılınacaq. Bakıdakı Təzəpir məscidində qılınacaq bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Şeyxülislam Allahşükür Paşazadə də qatılacaq.

Bayram iyulun 7-də də davam edəcək.

Qeyd edək ki, QMİ-nin Qazılar Şurasının fətvası ilə Azərbaycanda Ramazan ayı iyunun 7-də başlayıb. İyunun 24-ü, yəni Ramazan ayının 18-ci günü ilk Qədr (əhya) gecəsi qeyd olunub. İkinci Qədr gecəsi 26-sı iyuna (Ramazan ayının 20-ci gününə), üçüncü Qədr gecəsi 28 iyuna (Ramazan ayının 22-ci gününə), sonuncu Qədr gecəsi isə iyul ayının 2-nə (Ramazan ayının 26-cı gününə) təsadüf edib.

Onu da xatırladaq ki,bayramla əlaqədar iyulun 6-sı və 7-si ölkədə qeyri-iş günüdür.
6-07-2016, 04:37


Şərhlər :