Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olan “Voleybol – bizimlə sağlam ol!” layihəsi yekunlaşıb. Layihənin əsas məqsədləri voleybol qaydaları barədə Azərbaycan dilində olan ədəbiyyatın artırılması, Biləsuvar rayonunda mövcud voleybolçuların və yerli hakimlərin voleybol qaydaları barədə detallı şəkildə məlumatlandırılması və rayonda bu idman növünün geniş təbliği idi. Qeyd etmək lazımdır ki, həm layihənin təbliği zamanı, həm də layihənin monitorinqi və qiymətləndirilməsi zamanı Biləsuvar rayonunda bu idman növünə böyük marağın olması layihənin vacibliyini bir daha vurğulamış oldu.
Layihənin son – praktik mərhələsində həyata keçirilən voleybol üzrə Biləsuvar rayon məktəblərarası birinciliyində, 4-ü şəhər və 4-ü kənd məktəbi olmaqla, ümumilikdə 8 məktəbin komandaları iştirak edib.
Layihənin rayon miqyasında bu cür maraqla qarşılanması bir daha sübut etdi ki, Gənclər Fondunun istər fiziki şəxslər üçün, istərsə də qeyri-hökumət təşkilatları üçün ayırdığı qrantları hesabına regionlarda yeniyetmələrin və gənclərin asudə vaxtlarının daha da səmərəli keçirilməsində ölkə səviyyəsində rolu çox böyükdür.
Onu da qeyd edək ki, Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Biləsuvar rayon Təhsil Şöbəsi layihənin həyata keçirilməsində böyük dəstək olublar. Bu da layihənin effektivliyini təmin edib.
“Voleybol – bizimlə sağlam ol!” layihəsi yekunlaşıb

18-02-2016, 02:21

Şərhlər :