Bunu da gördük: nəşəli “Marlboro”

Dünyanın ən böyük siqaret və tütün məmulatları istehsalçısı olan "Phillip Morris" (ABŞ) korporasiyası marixuananın leqallaşmasına "dəstək" vermək qərarına gəlib.

Mic bildirir ki, korporasiya ABŞ-da tərkibində marixuana olan "Marlboro M" siqaretinin istehsalına başlanacaq.

Bu siqaretlər ABŞ-ın Kolorado və Vaşinqton ştatlarında satılacaq.

"Phillip Morris"in marketinq üzrə vitse-prezidenti Serafin Norkikin dediyinə görə, onlar bu qərarı qəbul etməzdən əvvəl ABŞ-ın bəzi ştatlarında marixuananın (kannabisin) leqallaşdırılması ilə bağlı situasiyanı araşdırıblar: "Kolorado və Vaşinqton ştatlarında marixuananın müvafiq lisenziyası olan ticarət məntəqələri və apteklərdə satışına icazə verildiyi üçün "Marlboro M" istehalına başlamaq qərarına gəldik"./milli.az/
30-10-2015, 14:24


Şərhlər :