Ayxan Ağazadə - Arzular (instrumental vals)

Milli çalarları özündə ehtiva edən instrumental melodiyalar müəllifi olan gənc bəstəkar Ayxan Ağazadə "Arzular (Sevgi valsı)" adlı yeni kompozisiyasını dinləyicilərinin ixtiyarına təqdim edib. Qeyd edək ki, "Arzular (Sevgi valsı)" kompozisiyası yeni ailə quracaq cütlüklərin toy məclislərində vals rəqsinin yerinə yetirilməsi üçün nəzərdə tutulub.
Əsərin musiqisi Ayxan Ağazadəyə, aranjmanı isə Rubail Əzimova məxsusdur.
Müəllifin bildirdiyinə görə, "Arzular (Sevgi valsı)" adlı kompozisiyası tezliklə daha fərqli aranjmanda təqdim olunacaq. Hal-hazırda tanınmış musiqiçi və aranjmançı Rubail Əzimov yeni aranjman üzərində çalışır.

w w w . W e b P a r k . a z
14-08-2016, 11:43


Şərhlər :