Dünyanın ən dəyərli şirkətinin təsisçisindən 10 dərslik miras

Dəfələrlə iflas və məhdudiyyətlərlə üz-üzə gəlmiş Apple şirkəti bu yaxınlarda dünyanın ən dəyərli brendi kimi tarixə düşdü. Təqribi dəyəri 700 milyard dolları aşan bu şirkət öz uğurunu Stiv Cobz və onun biznes fəlsəfəsinə borcludur.

Stivin idarə etmə və məhsula münasibət bəsləməylə bağlı fikirləri gələcək iş adamları üçün dəyərli mirasdır. Həmin fikirləri sizinlə paylaşıram.

Ekspertlər yararsızdır.
A-kateqoriyalılar, analitiklər, qurular – siz təsisçilərə kömək edə bilməyəcək. Fərq etmir bir nəfər və ya min nəfər öz fikrini bildirir. Günün sonunda bu sadəcə fikirdir. Bir iş adamı çıxış yolunu öz tapmalıdır. Başqalarına bel bağlamayın.

Müştəri sizə ehtiyacını deyə bilməyəcək
Stivin məşhur sitatı var: “İnsanların çoxu nə istədiyini bilmir. Həmin nəyi onlara biz göstərib bəyəndiririk.

Ən gözəl ideyalar ən aktual çətinliklərin həlli yolunu düşünərkən meydana gəlir.

Nəhəng maneələr nəhəng naliyyətləri meydana gətirir
Ən çətin müştərilərinizi düşünək. Onların problemlərini və istəklərini həll edərək yetişirik.

Alınacaq dərs: Komandanızla çətin və böyük işlər görün. Sonda əldə etdiyiniz naliyyətlər və nəticələr özünüz üçün sürpriz olacaq.

Dizayn hər şeyi təyin edir.
Qiymətlərin müzakirə edildiyi dünyada dizayn həll edici rol oynayır. Bir çox insan üçün dizaynın özü məhsuldur.

İri Qrafik Təsvirlər. İri fontlar.
Təqdimat verərkən bu məqam ən vacibdir. Powerpoint istifadə edənlərin 90% dən fərqlənin.

Bənzərin daha yaxşısı olmayın. Standartlar yaradın.
Hər hansı bir işi 10% daha yaxşı etməyin. 10 dəfə yaxşı edin. Walkman-dan sonra ipod, Blackberry-dən sonra İphone düşünün. İpaddan əvvəl nə var idi onu düşünün? İnnovasiya daha yaxşı olmaq yanaşmasından deyil daha fərqli olmaq yanaşmasından yaranır.

Hər şeyə “işləyir” və ya “işləmir” prizmasından yanaşın.
Fikirləri və ya qərarları dəyişə bilmək zəkanın göstəricisidir. İphone bazara ilk dəfə daxil edildikdə kənar tətbiqlərin yaradılmasına icazə verilmirdi. 6 ay sonra şirkət siyasətini dəyişib hər kəsə tətbiq yaratma imkanı verdi. Sizcə sonra nələr oldu?

Dərs: İstənilən vaxt istiqaməti dəyişə bilin.

Dəyər ayrıdır qiymət ayrı
Hər hansı bir məhsul bahalı ola bilər. Ancaq onun dəyəri nədir?

Apple, McKinsey və Mersedes kimi şirkətlər bir vəd üzərində qurulub. Bu şirkətlər yüksək keyfiyyət vəd edir. Müştərilər keyfiyyəti əldə etmək üçün daha çox pul ödəməyə hazırdır.

Ən yaxşılar ən yaxşılarla işləməlidir.
Bir sıra şirkət sahiblər elə bilir ki, onların potensial işçiləri onlardan daha bacarıqlı və ağıllı ola bilər. Öz imiclərinə xələl yetirməmək naminə şirkətə sıravi işçiləri gətirən liderlər domino effekti yaradır. Sıravi menecerlər daha sıravi işçiləri komandaya qatır və nəticədə ayılırsınız ki, ətrafınız fərsiz və səriştəsiz işçilərlə sarılıb.

Dərs: Ən yaxşıları işə götürün. Hətta sizdən daha yaxşı olanları belə.

Bəzən görmək üçün inanmaq lazımdır
Sizin inamınız məhsulun yaradılmasına və satılmasına təsir edir. İnanmasan alınmayacaq. Sübut gözləsən sübut gəlməyəcək. Müştəri rəğbətini gözləmə bu bəri başdan olmayacaq.

Makintoş məhsulunun real uğuru bu məhsula inanan Stiv və onun 100 nəfərdən ibarət komandasıdır.
1-12-2014, 11:55


Şərhlər :