Mobil telefonların tarixi — FOTOLARDA

Mobil telefon əslində rabitə vasitəsidir və daha çox şəbəkəli ünsiyyət üçün işlədilir.

telefonun ikinci dəfə dünyaya gəlişi XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verib. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.

Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub və həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim edib. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi və bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

Qeyd edək ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

Buna baxmayaraq, onları işlədənlərin sayı azalmır.

Sizə fotolar vasitəsilə mobil telefonların tarixini təqdim edirik:
Mobil telefonların tarixi — FOTOLARDA
Mobil telefonların tarixi — FOTOLARDA
Mobil telefonların tarixi — FOTOLARDA
29-05-2016, 02:25


Şərhlər :