Vahid Mustafayevin Azərbaycan mədəniyyətinə yeni töhfəsi

Azərbaycan filmlərinə ikinci nəfəs gəlir...

ANS Şirkətlər Qrupuna daxil olan “BalANS” Milli Animasiya şirkəti 1950-1980-ci illər arasında çəkilmiş və tamaşaçıların çox sevdiyi məşhur Azərbaycan filmlərinin posterlərini hazırlayıb.

İstiPress-in məlumatına görə, posterləri hazırlanmış məşhur filmlərin arasında 1955-ci ildə çəkilmiş “Bəxtiyar” və 1958-ci ildə çəkilmiş “Uzaq sahillərdə” filmlərindən tutmuş, 1971-ci ildə çəkilmiş “Gün keçdi” və 1975-ci ildə çəkilmiş “Alma almaya bənzər” filmləri var. Bütünlükdə, tamaşaçıların çox sevdiyi 30 filmin posteri hazırlanıb.

ANS Şirkətlər Qrupunun prezidenti və “BalANS” Milli Animasiya şirkətinin Azərbaycan film postərləri layihəsinin rəhbəri və müəllifi, rejissor Vahid Mustafa Yev İstiPress-ə müsahibəsində posterlərin hazırlanmasına böyük ehtiyac olduğunu bildirib:

- Azərbaycanın klassik filmləri nə qədər gözəl olsa da, təəssüf ki, onların təqdimatı müasir dövrdə tərs mütənasiblik təşkil edir. Poster filmin ilk təqdimatıdır. Adamı geyiminə görə qarşıladıqları kimi, filmlər haqqında ilk təəssüratı posterlər yaradır və filmə baxmağa cəlb edir. Bu gün - sosial marketinq sahəsi çox inkişaf etdiyindən və dünya film istehsalında yaranan müasir, atraktiv və ultra cəlbedici təqdimat formaları bizdən də yeni nəfəs tələb edir. Azərbaycan bu sahədə heç vaxt geridə qalmayıb. Buna görə klassik Azərbaycan filmlərinə müasir kino izləyicisinin qəbul etdiyi və anladığı tərzdə posterlər hazrılamağa ehtiyac duyduq. Əminəm ki, bu, həddindən gözəl olan klassik Azərbaycan filmlərini dünya ictimaiyyətinə və bizm gənc nəslə sevdirməkdə böyük rol oynayacaq. Bəlkə də gənclərin böyük hissəsinin bu filmlərdən xəbəri yoxdur. Bu posterlər hamımızın sevdiyi Azərbaycan kinosu üçün ikinci nəfəs rolu oynamalıdır. Son 50 il ərzində bu filmlər bizə hər mənada qulluq edib, maarifləndirib, tərbiyələndirib, adət-ənənələrimizi qoruyub. Bizim də ona bu borcumuz var idi. Üzr istəyirik ki, 40-50 il gecikmişik...

WebPark.az “BalANS” Milli Animasiya şirkətində hazırlanmış posterləri təqdim edir:

mənbə:http://istipress.com
17-01-2018, 15:26

Şərhlər :