Bütöv ağac miliylə alışan qeyri-adi soba.

Hollandiyalı dizaynerlər odun doğramağa ehtiyacı olmayan unikal soba işləyib hazırlamışlar. Sobanın qeyri-adi ağızlığına bütöv mil qoyulur və ixtirasoba onu yavaş-yavaş içəri çəkir. Uzun bir müddət boyunca soba ətrafında isti ortam və alovun rəqsini izləmə imkanı yaradır.
Bütöv ağac miliylə alışan qeyri-adi soba.

Bütöv ağac miliylə alışan qeyri-adi soba.

Soba ön tərəfi diafraqmaya bənzəyən nəhəng silindr formasında hazırlanmışdır. Milin diametrini tənzimləyən diafraqmanın hava istiqamətini dəyişərək alovun alışma formasını və tezliyini dəyişmək olar. Sobanın içində alov birazcıq azalanda yüngül əl hərəkətiylə irəli ötürməklə arasıkəsilməz istilik və nəfəskəsən görünüşdən həzz almaq olar.
Bütöv ağac miliylə alışan qeyri-adi soba.

Qeyri-adi soba cavan və istedadlı holland dizaynerləri Roel de Boer və Michiel Martns müştərək əməkləri nəticəsində ortaya çıxmışdır. Soba paslanmayan metaldan hazırlanmışdır. Yüksək tempratura və hərcür hava şəraitinə dözümlüdür. Layihəni yaradanlar qeyd edirlər ki, soba xüsusən daxili qapalı mühütdə odun doğramadan istirahətin dadını çııxarıb doyunca əylənmək üçün əlvərişlidir.


ən son xəbərlər
www.webpark.az
24-11-2014, 00:14


Şərhlər :