Sinoptiklər sabaha yağışlı hava vəd edirlər

Webpark.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi 9-14 m/s olacaq, gecə arabir 16 m/s-dək güclənəcək.

Abşeron yarımadasında temperatur gecə 17-20 dərəcə isti, gündüz 20-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperatur gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq.

Aran rayonlarında sentyabrın 22-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 13-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

mənbə: Trend
21-09-2014, 18:26
---


Şərhlər :